Süni intellekt nədir və niyə görə süni intellekt insan intellektinə çata bilmir

Texnologiya

 

Tətqiqatçılar düşünür ki süni intellek ilk növbədə Turing testini keçməlidir. Çat ilər robotla danışan insan qarşısında robot olmasını anlamamalıdır. Turing testi haqqında buradan oxuyun.

Süni intellektə bu tip yanaşma tətqiqatşçıların müxtəlif çat-botların yaradılmasına başladılar. Hal-hazırda bu yöndə gedən işlər çıxılmaz bir vəziyyətdədir.

Tətqiqatçıların qarşısında duran problem süni intellektin görüntülərlə əməliyyat apara bilməməsidir. Məsələn belə bir cümləni götürək “Fil masanın altındadır”. Biz burada olan yalnışlığı başa düşürük. Əməliyyatları yalnız sözlərlə aparan heç bir intellek bunu anlaya bilməz. Bu cümləni yalnız obrazlarla fikirləşən intllek anlaya bilər.

“Fil masanın altındadır” cümləsini eşitdikdə bizim beynimizdə dərhal bütün gördüyümüz fillərin obrazı canlanır və fillərin hətta onların balalarının belə böyük ölçüdə olduğunu bilirik. Adətən masalar isə kiçik olur. Filin və masanın ölçülərini müqayisə etdikdə bir xata baş verdiyini anlayırıq. Bu halda biz bir qəraya gəlməliyik ya masa çox böyük, yada fil oyuncaqdır.

Biz obrazlarla düşünürük.

Süni intellek ilk növbədə danışığı deyil şəkillər üzərində əməliyyat aparmağa başlayacaq. Hər bir model üçün kompüterdə 3D model yaratmaq lazım olacaq. Fil kağız üzərində çəkilmiş rəsm deyil axı. Ona görədə biz onun 3d məkanda hər tərəfdən görməliyik.

Tək 3D model ilə işimiz bitmir. Süni intellekt üçün vaxt ilə hərəkət edən modellər lazım olacaq. Məsələn fil hansı sürət ilə hərəkət edir və ya xortumunu hansı sürətlə qaldırır və s.

Hər bir model alt modellərə bölünməlidir. Məsələn fil bölünür onun bədən hissələrinə - ayaq, xortum, quyruq və s. Digər bir məsələ budur ki xortum və quyruq digər canlılardada var. Məsələn bir çox həşəratlarda xortum var və bu vizual əlaqə kompüterin daxilində yaradılmalıdır.

Bütün bu modellər və parametrlər komputerə daxil edildikdən sonra onlar arasında əlaqə yaradılmalıdır ki süni intellekt hesablama apara bilsin. Bütün bu tələblər yerinə yetirildikdən sonra biz deyə bilərik ki süni intellek insan intellektinə yaxınlaşır.

Amma bu da tam deyil. Bəzi məlumatları biz maşının daxilinə yerləşdirə bilmirik. Bu  bizim daxilimizdən gələn məlumatlardır. Bunlar hisslər, həyat haqqında subyektiv təcrübəmiz və s.

Maşın necə “Mənə soyuqdur” sözünü başa düşə bilər. Bunu başa düşmək üçün o öz dilinə tərcümə etməlidir. Öz təcrübəsinə əsaslanaraq öz sözləri ilə deməlidir. Onun isə öz təcrübəsi olmadığından bunu edə bilməyəcək.

Bir sözlə texnikanın ingişafının bu səviyyəsində insan intellektinə yaxın olan süni intellekti yaratmaq mümkün deyil. Amma bəşəriyyət hələ bu yolun başlanğıcındadır.

 

Daha ətraflı

Sizə ucuz və keyfiyyətli sayt lazımdır?

Digərlərindən dəfələrlə ucuz, yaraşıqlı dizaynlı və funksional saytı bizdən sifariş verin  
Daha ətraflı

 

Son redaktəBazar ertəsi, 20 Fevral 2017 09:20
(1 Səs)
Oxu 361 dəfə

Amerikan bank hesabı və pastik kartını o…

Azərbaycandan kənarda elektron kommersiyanın çox ingişaf etməsinə baxmayaraq bizim ölkədə elektron kommersiya ingişafı çox aşağıdır. Bununla əlaqədar olaraq Paypal kimi ödəniş sistemləri azərbaycanda əlçatmazdır. Yaxın gələcəkdə onların Azərbaycana gəlmə ehtimalı...

25-02-2017 Hits:692 Passiv gəlir

Read more

Affiliate marketinq nədir və onun üstünl…

Affiliate ingilis dilindən tərcümədə “partnyor” deməkdir. Affiliate marketing zamanı məhsul və xidmətlər ənənəvi reklam vasitəsi ilə deyil, hər hansı bir şəxsin məsləhət və təklifi ilə aparılır. Bu üsul əsasən elektron...

20-10-2016 Hits:441 Marketinq

Read more

Süni intellekt nədir və niyə görə süni i…

  Tətqiqatçılar düşünür ki süni intellek ilk növbədə Turing testini keçməlidir. Çat ilər robotla danışan insan qarşısında robot olmasını anlamamalıdır. Turing testi haqqında buradan oxuyun.

10-10-2016 Hits:362 Texnologiya

Read more

Kiçik biznes üçün saytın vacibliyini süb…

Çox kiçik biznes sahibləri əsasəndə yeni başlayanlar çalışırlar hər manata qənaət etsinlər. Ona görədə sayt sahibi olmağı həddindən artıq bahalı əyləncə sayırlar və onsuzda biznesdən qazana biləcəklərini düşünürlər. Facebook-da bir...

05-10-2016 Hits:302 Marketinq

Read more

Niyə görə mən ayaqüstü iş rejiminə keçdi…

Kompüter erasında bütün işlər artıq kompüterləşdirilib. Kompüter araxasında işləmək fiziki işlərdən üstün tutulur və çoxları bu tip iş tapmağa çalışır. Amma çoxları oturaq həyat tərzinin nə qədər zərərli olmasında xəbər...

23-09-2016 Hits:1077 Şəxsi ingişaf

Read more